Madaqaskar sahillərində gəminin batması nəticəsində 17 nəfər ölüb


Dünya 20 Dek 2021 23:25:00 146 0

Madaqaskar sahillərində gəminin batması nəticəsində 17 nəfər ölüb

Madaqaskar sahillərində gəminin batması nəticəsində azı 17 nəfər ölüb, 60-a yaxın sərnişin itkin düşüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə yerli Dəniz və çay məsamələri İdarəsi məlumat yayıb.

Bildiriblər ki, sərnişin daşımaq üçün lisenziyası olmayan taxta gəminin əvvəlcə mühərriki sıradan çıxıb.

İlkin məlumatlara görə, sonra idarəetməni itirən gəmi rifə çırpılıb.

İdarənin baş direktoru Jan Edmond Randrianantenayn bildirib ki, gəmidə 130 sərnişin olub, onlardan 45-i xilas edilib.