Müdafiə Nazirliyi geri qaytarılmış hərbi qulluqçuların adını açıqlayıb


Digərləri 20 Dek 2021 22:25:00 149 0

Müdafiə Nazirliyi geri qaytarılmış hərbi qulluqçuların adını açıqlayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu gün geri qaytarılmış hərbi quuluqçuların adını açıqlayıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunmuşdur.