Saxlanılan iki azərbaycanlı hərbçimiz bu gün geri qaytarılıb


Digərləri 20 Dek 2021 21:54:00 132 0

Saxlanılan iki azərbaycanlı hərbçimiz bu gün geri qaytarılıb

Dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi geri qaytarılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

O bildirib ki, saxlanılan iki azərbaycanlı bu gün Azərbaycan tərəfə təhvil verilib.

Qeyd edək ki, dekabrın 19-da isə Azərbaycanda saxlanılan 10 erməni hərbçisi Ermənistan tərəfə təhvil verilmişdi.