Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır Stanislav Tkaçenko


Siyasət 20 Dek 2021 20:22:00 166 0

Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır  Stanislav Tkaçenko

Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bazar ertəsi iqtisad elmləri doktoru, professor, Sankt-Peterburq Dövlət Universitetinin Diplomatiya Magistratura proqramının rəhbəri, "Valday" Beynəlxalq Diskussiya Klubunun üzvü Stanislav Tkaçenko Bakıda keçirilən "Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər" adlı beynəlxalq dəyirmi masada çıxışı zamanı deyib.

"Zəngəzur dəhlizi yeni dəmir yolunun bərpasını və yaradılmasını tələb edir. Rusiya bu dəhlizdə maraqlıdır, hesab edirik ki, bu, tərəfdaşlarımızla etibarlı ticarət yoludur. Ermənistan siyasi zəiflik ucbatından siyasi elitanı və əhalini bu layihənin əhəmiyyəti barədə məlumatla təmin edə bilmir. Bu layihə dünyanın bir sıra ölkələrinə fayda verəcək", - o deyib.

Tkaçenko hesab edir ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri, eləcə də Zəngəzur dəhlizi məsələsi yalnız diplomatik yolla həll edilə bilər.