Məşhur aktrisa “Panama dosyesi” ilə bağlı dindirildi


Şou-biznes 20 Dek 2021 20:36:00 133 0

Məşhur aktrisa “Panama dosyesi” ilə bağlı dindirildi

Məşhur hind aktrisası Ayşvariya Rai Baççan ofşor hesablarla bağlı məlumatları özündə əks etdirən Panama dosyesi ilə bağlı dindirilməyə çağırılıb.

Son.az xəbər verir ki, bu barədə "Indian Express" qəzeti yazır. Rai Baççanın müstəntiqlə görüşü olduğu bilinir. Sənətçiyə hələ ki, rəsmi ittiham irəli sürülməyib. Həmçinin qeyd edilir ki, bu iş üzrə ilk iki dindirmə çağırışı üçün Rai Baççana möhlət verilib.

11,5 milyon Panama Sənədinin ən azı 12 mini Hindistan vətəndaşlarına aiddir. Siyahıda Ayşvariya Rai Baççandan başqa onun qayınatası aktyor Amitabh Baççanın da adı var. Həmin şəxsin də dindirilməyə çağırıldığı qeyd edilir.