İsrail öz vətəndaşlarına 10 ölkəyə səfəri qadağan edib


Dünya 20 Dek 2021 20:54:00 278 0

İsrail öz vətəndaşlarına 10 ölkəyə səfəri qadağan edib

İsrail hökuməti koronavirusun "omikron" ştammının yayılması təhlükəsi ilə əlaqədar öz vətəndaşlarının 10 ölkəyə səfərini qadağan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail baş nazirinin işlər idarəsi bildirib.

Qeyd olunur ki, qərara əsasən, ABŞ, Türkiyə, Almaniya, Belçika, Macarıstan, İtaliya, Kanada, Mərakeş, Portuqaliya və İsveçrəyə səfərlər məhdudlaşdırılır və bu ölkələr təhlükə səviyyəsinə görə qırmızı kateqoriyaya daxil edilir.

Yeni qayda İsrail parlamentinin razılığı əsasında dekabrın 22-dən qüvvəyə minə bilər.