“Cinlər”dən bezən kişi məşhur falçını qətlə yetirdi


Dünya 19 Dek 2021 09:42:00 135 0

“Cinlər”dən bezən kişi məşhur falçını qətlə yetirdi

Mahaçqalada 56 yaşlı məşhur falçı Şövkət Calayeva 12 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Son.az Baku TV-yə istinadən bildirir ki, hadisə günü qadın  mağazaya yollanıb. Həmin vaxt onun evinə ortaboylu, qara pencəkli, başında kapüşon olan bir kişi girib. Şövkət mağazadan qayıtdıqdan bir neçə dəqiqə sonra həmin şəxs evdən sürətli addımlarla çıxaraq cinayət yerindən qaçıb.

Bütün bunlar müşahidə kamerası tərəfindən qeydə alınıb.

Artıq şübhəli şəxs saxlanılıb. O, cinayəti etiraf edib.

Kişi 56 yaşlı falçının onu caduladığını və "cinləri" ona ürcah etdiyindən əmin olduğunu bildirib. Şübhəli şəxs cinlərin onu rahat yaşamağa imkan vermədiyini əlavə edib. Bu səbəbdən o, falçının evinə yollanıb və bıçaqlayıb.