Qəza ölümlə nəticələnib


Digərləri 17 Dek 2021 21:50:00 151 0

Qəza ölümlə nəticələnib

Göygöldə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Üçtəpə kəndində keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21011" markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Qəza yerinə DYP əməkdaşları cəlb olunub.