Gəncədə qadın sirkə turşusundan zəhərləndi


Digərləri 17 Dek 2021 20:54:00 130 0

Gəncədə qadın sirkə turşusundan zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü A. İbrahimova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumatına görə, 35 yaşlı qadın yaşadığı evdə sirkə turşusundan zəhərlənib. A. İbrahimovanın hansı səbəbdən sirkə turşusu içərək zəhərlənməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.