Türkiyəli ulduz aktrisalar küsülüdür?


Şou-biznes 17 Dek 2021 12:24:00 314 0

Türkiyəli ulduz aktrisalar küsülüdür?

Bir müddət eyni serialda (Yaprak dökümü) yer alaraq məşhurlaşan türkiyəli aktrisalar Fahriye Evcen və Gökçe Bahadır son zamanlar fərqli layihələrlə sevənlərinin qarşısına çıxırlar.

35 yaşlı Evcen "Alparslan Büyük Selçuklu" serialında Akça Hatun, 40 yaşlı Bahadır isə "Evlilik hakkında her şey" serialında Azra xarakterini canlandırır.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, iki məşhurun uzun müddətdir görüşmədiyi iddia edilir.

Həyata baxışları, xarakterləri, hədəfləri və dost mühitləri fərqli olan aktrisaların bir-biri ilə danışmadığı deyilir.

İllərlə eyni çəkiliş qrupunda bir yerdə çalışan Evcen və Badır "Instagram"da da bir-birlərini izləmirlər.