ABŞ səkkiz Çin şirkətinə sanksiya tətbiq edib


Dünya 17 Dek 2021 08:06:00 181 0

ABŞ səkkiz Çin şirkətinə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Çinin səkkiz texnologiya şirkətinə sanksiya tətbiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirliyin saytında yerləşdirilən açıqlamada bildirilib.

Pilotsuz uçuş aparatlarının istehsalçısı olan "DJI Technology" şirkəti də daxil olmaqla təşkilatlar investisiya məhdudiyyətlərinin tətbiq olunduğu hüquqi şəxslərin siyahısına daxil edilib. Amerikalılara bu şirkətlərin müəyyən qiymətli kağızlarını almaq və ya satmaq qadağandır.

Bundan əvvəl Maliyyə Nazirliyinin məlumatunda ​​ÇXR-in bir vətəndaşı və dörd təşkilatı haqqında deyilsə də, sonradan səhifə fərqli siyahı ilə yenilənib.