Narkotik təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb


Digərləri 17 Dek 2021 09:54:00 274 0

Narkotik təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Salyan rayonunun Qarabağlı kəndi ərazisində Şirvan şəhər sakini Qasım Cəbiyevin idarə etdiyi "VAZ-2106", Sumqayıt şəhəri ərazisində Qazax rayon sakini Balakişi Hüseynovun idarə etdiyi "Mercedes" və Binəqədi rayonu ərazisində Zərdab rayon sakini Mahir Mehdiyevin idarə etdiyi "Khazar" markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.

Salyan rayon məhkəməsinin qərarı ilə Q.Cəbiyev 1 il, Abşeron rayon məhkəməsinin qərarları ilə M.Mehdiyev 6 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər, B.Hüseynov isə 400 manat məbləğində cərimələnib.