Bu ölkələrə fındıq ixracı asanlaşdı VİDEO


Digərləri 16 Dek 2021 15:18:00 167 0

Bu ölkələrə fındıq ixracı asanlaşdı  VİDEO

Hazırda ölkəmizdən ixrac olunan bitkiçilik məhsulları arasında fındıq əhəmiyyətli yer tutur. bu məhsulu Xüsuailə də Aİ ölkələrinə ixrax olunur. İxrac zamanı Aİ fındıqda aflatoksin aşkarlanması səbəbilə yüklər geri qaytaRIRDI. rəqəmlərə nəzər yetirsək. 2017-2018-ci illər ərzində ölkəmizdən Aİ-yə ixrac olunan fındıq məhsullarında aflatoksin aşkarlanması səbəbindən hər iki ildə 18 (ümumilikdə 26) notifikasiya daxil olub və yük partiyaları geri qaytarılıb. aflatoksin məhsulda kiflənmə və çürümə prosesidir ki, bu problem məhsulun düzgün saxlanma qaydalarına riayət olunmadıqda yaranır.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsullara nəzarətin gücləndirilməsi ilə ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma halları əvvəlki illərlə müqayisədə kəskin azalıb. 2020-ci ildə cəmi 1, 2021-ci il üzrə isə 2 notifikasiya qeydə alınıb. Bu isə Aİ-nin AQTA-nın həyata keçirdiyi nəzarət sisteminə etimadını daha da artırıb və fındıq məhsullarının idxalı ilə bağlı tətbiq edilən bir sıra qaydalar sadələşdirilib.

Bu barədə reala AQTA-NIN ŞÖBƏ MÜDİRİ MANSUR PİRİYEV verdiyi məlumat verib. onun sözlərinə görə bundan sonra məhsulun hər partiyası laborator müayinə edilmədən və sağlamlıq sertifikatı tələb olunmadan yalnız Agentliyin müvafiq zəmanəti əsasında Aİ-yə ixrac olunacaq.

Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlara əldə edilmiş müsbət tendensiyanın qorunub saxlanılması üçün təhlükəsizlik tələblərinə əməl etməyə, məhsullarda aflatoksinin yaranmaması üçün aqrotexniki qaydalara riayət etməyə çağırır.