"Biz bu əməkdaşlığa ümidlə baxırıq" Hafiz Paşayev


Siyasət 16 Dek 2021 13:32:00 110 0

"Biz bu əməkdaşlığa ümidlə baxırıq"  Hafiz Paşayev

Bu günlərdə həm Azərbaycan, həm Rusiya və ümid edirəm ki, həm də Ermənistan Brüsseldəki görüşlərin nəticələrini gözləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün ADA Universitetinin rektoru, professor Hafiz Paşayev Bakıda "Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri" adlı konfrans zamanı deyib.

O ümidvar olduğunu bildirib ki, Rusiya nümayəndələrinin Azərbaycana səfəri məhsuldar olacaq.

"Sizin missiyanız əldə olunmuş razılaşmaların icra olunmasını müəyyənləşdirən şəxslər olmaqdır. Razılaşmalar bütün regionun gələcəyi üçün böyük əhəmiyyət daşıyacaq. Ona görə də biz bu əməkdaşlığa ümidlə baxırıq", - deyə o bildirib.

H.Paşayevin sözlərinə görə, daha yaxşı birgə işlər görmək lazımdır.

"Bizim Rusiya universitetləri ilə yaxşı münasibətlərimiz qurulub. Biz elmi sahədə birgə elmi-tədqiqat mərkəzləri yaratmalıyıq. Moskva Beynəlxalq Münasibətlər Dövlət Universiteti ilə ikili diplomlara malikik, analoji format Leninqrad Universiteti ilə mövcuddur. Bundan başqa, Rusiyanın digər ali tədris müəssisələri ilə danışıqlar aparılır. Müəllimlər arasında təcrübə mübadiləsi sahəsində də əməkdaşlıq lazımdır", - H.Paşayev deyib.

Millli.Az