Şəhərcikdə istilik problemi Kim həll etməlidir? VİDEO


Digərləri 16 Dek 2021 13:36:00 151 0

Şəhərcikdə istilik problemi  Kim həll etməlidir?  VİDEO

Kürdəxanı qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdəki binalara 3 həftədən çoxdur ki, istilik verilmir. Əvvəlki iki ildə binaların istilik təchizatı qaydasında olub. Bu il isə istilik mövsümü başlayandan problemlər yaranıb. Ərazidəki 2 qazanxana da bağlanaraq möhürlənib. Məsələyə ''Azəristilik'' ASC, ''Azəriqaz'' İB, eləcə də  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi münasibət bildirliblər. Dövlət qurumları problemin həlli üçün çıxış yolu göstərmək əvəzinə bir-birilərini ittiham ediblər.

Paytaxtın Kürdəxanı qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı şəhərcikdə yerləşən yaşayış binaları 1 aya yaxındır ki, istiliklə təmin edilmir.  

3 ildir şəhərcikdə yaşayan sakinlər deyirlər ki, ilk 2 ildə belə problem müşahidə edilməyib və istiliyə görə ödəniş etməyiblər. Cari il noyabrın 15-dən sonra binalara cəmi 6 gün istilik verilib. Amma sonradan qazanxana bağlanaraq möhürlənib.

Şəhərcikdə yerləşən bağça və 4 məktəbdə də bənzər vəziyyət hökm sürür. Uşaqlar dərsdə qalın geyimlərdə oturmağa məcburdurlar.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-dən bildirilib ki, sözügedən şəhərcikdəki binalar onların balasında deyil. Qurumun şöbə rəisi qeyd edib ki, ərazidə iki qazanxana mövcuddur. Qazanxanalar  qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sifarişi əsasında inşa olunub. 

''Azəriqaz'' İB-dən qeyd edilib ki, ötən il və bu il ərzində istifadə olunmuş qaza görə quruma heç bir ödəniş daxil olmayıb. Nəticədə hazırda 500 min manata yaxın debitor borc yığılıb. Buna görə də qazanxanalara təbii qazın verilişinə məhdudiyyət qoyulub.