"Qarabağın bərpası çoxlu sayda minaların olması ilə əlaqədar ləngiyir"


Digərləri 16 Dek 2021 13:46:00 130 0

"Qarabağın bərpası çoxlu sayda minaların olması ilə əlaqədar ləngiyir"

Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 20 faizdən azdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün baş nazirin müavini Şahin Mustafayev Bakıda "Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri" adlı konfrans zamanı deyib.

"Qarabağın bərpası, "yaşıl" texnologiyalar əsasında infrastrukturun yaradılması üzrə işlər davam edir. İşlər çoxlu sayda minaların olması ilə əlaqədar ləngiyir. Minalardan təmizlənmə prosesi fəal şəkildə davam edir. Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 20 faizdən azdır", - deyə Ş.Mustafayev bildirib.