Bu seriala görə kanal cəzalandırıldı


Digərləri 16 Dek 2021 13:48:00 141 0

Bu seriala görə kanal cəzalandırıldı

Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK beş mövsümdür yayımlanan ən reytinqli seriallardan olan "Yasak elma" ilə bağlı cərimə tətbiq edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, qurum ekran işinin son bir neçə bölümündəki ailədaxili münasibətləri ətraflı analiz edib. Qeyri-qanuni əlaqələrin "əyləncə" adı altında təqdim edilməsi, mənfi sosial anlayış olan "məşuqəliyin" normal hal kimi əks olunması, hətta uşaqlı səhnədə bu cür ifadələrin işlədilməsi, qadınların xəyanətə məruz qalması qurum tərəfindən uyğunsuz hesab edilib.

RTÜK bütün sadalananları ölkənin əxlaq, milli-mənəvi dəyərlərinə uyğun gəlmədiyini, ailədaxili münasibətləri zədələdiyini əsas gətirərək serialın yayımlandığı "Fox" telekanalını cərimələyib.