Qaz limiti niyə ilin ilk günü sıfırlanmır? Açıqlama


Digərləri 16 Dek 2021 14:16:00 216 0

Qaz limiti niyə ilin ilk günü sıfırlanmır?  Açıqlama

""Azəriqaz" İB qaz sayğaclarının sıfırlanmasının ilin sonunda aparılması üçün mexanizm fikirləşməlidir. Hər il "Azəriqaz" İB mexaniki sayğac istifadəçisi olan abonentlərin qaz saygaclarının son göstəricilərini növbəti ilin yanvar ayının 8- 15-dək götürür. Yəqin ki, proses bu ildə təkrarlanacaq".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb. O qeyd edib ki, bu halda götürülən rəqəmlər abonentin 2021-ci cu ilin dekabr ayının qaz sərfiyyatına daxil olunacaq:

"Bu da limiti keçən abonent üçün ikiqat məbləğ deməkdir. Bildiyiniz kimi, rayonlarda qaz sərfiyyatı daha çox olur, nəinki şəhər evlərində. Əksər abonentlər artıq noyabr ayında limiti keçir və qaz sərfiyyatı üçün ikiqat ödəniş edir".

Problemlə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevlə əlaqə saxladıq. O, "Qafqazinfo"ya bildirib ki, dekabrın 31-dən etibarən sözügedən sayğacların sıfırlanmasına başlanılır və proses ən qısa zamanda tamamlanacaq:

"Bakı ərazisində 400 minə yaxın, ölkə ərazisində isə 1,5 milyon mexaniki sayğac var. 200 nəfər əməkdaşla bu sayğacların oxunması mümkün deyil. Ona görə də dekabrın 31-dən etibarən abonentlər 077 3104104 votsap nömrəsinə sayğacın üz qabığının çəkib atsınlar. Bayram günləri də bizim əməkdaşlarımız iş başındadır və çalışacağıq ki, bu prosesi ən qısa zamanda tamamlayaq".