“Ana oldun, yerləyeksan oldun, eyni şeydir” Mətanət


Şou-biznes 16 Dek 2021 13:24:00 351 0

“Ana oldun, yerləyeksan oldun, eyni şeydir” Mətanət

Yeni ili Bakıda keçirəcəyəm, bir neçə şou-proqrama dəvət almışam. Gecəyə kimi şənliklərdə olacağam. Sonra işimi bitirib, ailəmlə gəlib bayramı evdə qeyd edəcəyəm. Biz sənətçilərin, ələxsus da müğənnilərin həyatı belə keçir. Şəxsən mən heç vaxt ailəmlə ürəyim istəyən kimi bayram keçirə bilməmişəm. Ana oldun belədi də. Ana oldun, yerlə-yeksan oldun eyni şeydir. Evin həm xanımıyam, həm kişisi, həm də zəhmətkeşi"

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İskəndərli deyib. O daha sonra əlavə edib.

"2022-ci ildən ilk növbədə özümə can sağlığı arzu edirəm. Sakit, səs-küysüz, qalmaqalsız həyat arzulayıram. Mənim heç kimlə işim yoxdur, amma tanınmış adam olduğumuza görə həyatımızda nə baş verirsə hamısı böyüyür, yazılır, manşet xəbərlərinə çevrilir. Bu mənə də xoş deyil. Kimlərsə özünü belə mövzularla xəbərə çevirir, reklam edir, amma inanın Allaha bu mənə lazım deyil. İnsanlar məni mahnılarımla seviblər, qalmaqallarla yox" deyə müğənni bildirib.

O daha sonra artıq çəki aldığını da bildirib.

"Yuxusuz qaldığıma görə çox çəki almışam. Hələ ki, sağlamlığım yerindədir, amma qorxuram ki, sonradan ortaya fəsadları çıxsın. Bütün xəstəliklər əsəb və artıq çəkidən yaranır. Bundan o yana istəmirəm çəki alım. Ola bilsin əməliyyat etdirib arıqladım. Mədəkiçiltmə ilə yox, artıq piyləri istəyirəm çıxartdırım. Çalışacağam özüm diyet yolu ilə arıqlayım, görsəm ki, bacarmıram əməliyyat etdirəcəm. Qorxdum-qorxmadım getməliyəm. Səhnə gözəllik tələb edir də" deyə əməkdar artist bildirib.