Mütəxəssis: Gürcüstanda koronavirusun “omikron” ştamının yayılması ehtimalı böyükdür


Dünya 15 Dek 2021 23:11:00 196 0

Mütəxəssis: Gürcüstanda koronavirusun “omikron” ştamının yayılması ehtimalı böyükdür

"Bu gün Gürcüstanda koronavirusun "omikron" ştamına yoluxma halı qeydə alınmayıb. Amma bu virusun Gürcüstanda da yayılması ehtimalı böyükdür. Çox güman ki, yaxın bir ay ərzində Gürcüstanda da "omikron" ştamına yoluxma qeydə alınacaq".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə mətbuata Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze məlumat verib.

Onun sözlərinə görə, dünyada olan problemlər gec-tez Gürcüstanda da baş verir. Yaxın bir ay ərzində Gürcüstanda "omikron" sirkulasiyaya başladığı dövr olacaq.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Gürcüstanda "omikron" ştamı ilə əlaqədar araşdırmalara başlanılıb. Bəzi ağır koronavirus xəstələrində "omikron" ştamının olması barədə şübhələr yaransa da, hələlik bu təsdiqini tapmayıb.

Məlumat üçün bildirək ki, son sutka Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb.