COVD19dan sonra yaranan ağırlaşmalar


Digərləri 15 Dek 2021 22:44:00 176 0

COVD19dan sonra yaranan ağırlaşmalar

Yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalanların böyük bir qismi sağalandan sonra orqanizmdə müxtəlif fəsadların yaranmasından şikayətlənirlər. Həkimlər bildirilər ki, bunun əsas səbəbi müalicə dövründə qəbul edilən dərmanlardır. Xroniki xəstəliyi olanlar COVID-19-u daha ağır keçirirlər. Sağalandan sonra isə onların ağciyər, ürək-damar və sinir sistemlərində ciddi fəsadların yarandığı müşahidə olunur.

Son.az bildirir ki, pediatr-infeksionist Aytən Ziyadova AZƏRTAC-a deyib: "Koronavirusun əsas ağırlaşmalarından biri ağciyərlərdə qalan dalğa əlamətləridir. Dadbilmə, iybilmə itir, tərləmədən çoxlu şikayətlər olur, uzun müddət xəstə özündə üşütmə hiss edir, ürək-damar sistemində, qanın laxtalanmasında problemlər yaranır. Ağciyərlər zədələndiyinə görə tənəffüs sistemində müəyyən çatışmazlıqlar olur".

Onun dediyinə görə, xəstəlikdən sonrakı dövrdə nevroloji problemlə üzləşənlər də olur və onlar daimi başağrısı, ürəkbulanma və halsızlıq hissi keçirilər: "Bunun başlıca səbəblərindən biri virusun sinir uclarına vurduğu zərərdir. Panik ataklara, sıxılmalara, uyğunlaşdırıcı reaksiyaların pozulması hallarına da tez-tez rast gəlinir, ayaqlarda gücsüzlük yaranır, xəstə yeriməkdə çətinliklə üzləşir".

Xəstəlikdən sonra immunitetin sürətli bərpası üçün aktiv həyat tərzi və sağlam qidalanma əsas şərtdir. Həkimlər gün ərzində ən azı 2 saat açıq havada gəzməyi və qida rasionunda meyvə-tərəvəzə üstünlük verməyi məsləhət görürlər.