ABŞın 2022ci il üçün müdafiə büdcəsinin həcmi açıqlanıb


Dünya 15 Dek 2021 22:49:00 244 0

ABŞın 2022ci il üçün müdafiə büdcəsinin həcmi açıqlanıb

ABŞ Senatı Nümayəndələr Palatasının ardınca ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsi layihəsinin 778 milyard dollar məbləğində təsdiq edilməsinə səs verib.

Son.az Trend-ə istinadən bildirir ki, Senatda səsvermə davam etsə də, layihə artıq lehinə kifayət qədər səs toplayıb. Belə ki, ABŞ Konqresi layihəni təsdiqləyib və daha sonra imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.

"The Wall Street Journal" qeyd edir ki, layihə, xüsusilə, Ukrayna silahlı qüvvələrinə təlim və avadanlıq üçün 300 milyon dollar ayrılmasını nəzərdə tutur. Daha 13,3 milyard dollar hərbi obyektlərin tikintisinə, 27,3 milyard dollar isə döyüş gəmilərinin yaradılmasına getməlidir. 2022-ci il üçün müdafiə büdcəsi əvvəlki ilə nisbətən 5% artıb.