ErmənistanAzərbaycan sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrup yaradacaq


Siyasət 15 Dek 2021 07:05:00 200 0

ErmənistanAzərbaycan sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrup yaradacaq

Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.

Görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər.