Bakıda gənc dava edənləri ayırmaq istəyərkən bıçaqlanıb


Kriminal 15 Dek 2021 07:19:00 172 0

Bakıda gənc dava edənləri ayırmaq istəyərkən bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə 2 nömrəli peşə litseyinin yataqxanasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Əsədov Fərman Tahir oğlu yaşadığı evin yaxınlığında əlbəyaxa dava edən iki nəfəri münaqişə etməməyə çağırıb. Lakin tərəflərdən biri F.Əsədova bıçaq zərbələri vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.