İsraildə kədərlənən azərbaycanlı gözəl... FOTO


Şou-biznes 15 Dek 2021 06:33:00 231 0

İsraildə kədərlənən azərbaycanlı gözəl...  FOTO

Dekabrın 12-də İsraildə "Kainat Gözəli -2021" 70-ci beynəlxalq gözəllik müsabiqəsinin finalında yer alan Ralina Ərəbova açıqlama yayıb. 

Son.az olay-a istinadən xəbər verir ki, Rusiyanı təmsil edən azərbaycanlı iştirakçı finala düşmədiyi üçün kədərləndiyini bildirib:

"Çox kədərləndim, amma təkcə mən yox, on altılığa düşə bilməyən digər qızlar da!  Amma həyat davam edir. Müsabiqə mənə çoxlu bilik və bacarıqlar verdi. Bu, şübhəsiz ki, böyük təcrübədir. Burada olmaqdan xoşbəxtəm. Bu, mənim arzum idi".

Qeyd edək ki, müsabiqə Hindistan təmsilçisi Harnaaz Sandhunun qələbəsi ilə başa çatıb.