Prezident İlham Əliyev: Azərbaycan NATOnun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib


Siyasət 15 Dek 2021 00:16:00 222 0

Prezident İlham Əliyev: Azərbaycan NATOnun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib.

Azərbaycan hərbiçilərinin Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olduğunu qeyd edən Azərbaycan Prezidenti deyib: "Əlbəttə ki, bu birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir".