Avtomobil yüksək sürətlə müştərilərin nahar etdiyi restoranın salonuna girdi


Dünya 14 Dek 2021 15:00:00 349 0

Avtomobil yüksək sürətlə müştərilərin nahar etdiyi restoranın salonuna girdi

İstanbulun Böyükçekmece rayonunda yüksək sürətlə hərəkət edən avtomobil əvvəl restoranın zalına, daha sonra isə bitişik qənnadı mağazasına daxil olub.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə vaxtı restoranda nahar edən iki nəfər mühafizəçi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, sükan arxasında oturan qadın hadisəni törədərkən sərxoş olub.

Hadisə anbaan restoranın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.