"Bu göstəricini 15 milyard dollara çatdırmağı planlaşdırırıq"


Digərləri 14 Dek 2021 15:06:00 132 0

"Bu göstəricini 15 milyard dollara çatdırmağı planlaşdırırıq"

Yaxın zamanlarda Azərbaycanın İstanbuldakı ticarət nümayəndəliyi tam gücü ilə işə düşəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda türkiyəli iş adamlarının olması iki ölkə arasında iqtisadi münasibətlərə daha böyük təkan verəcək.

Nazir xatırladıb ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 3,5 milyard manat təşkil edib.