"Seks işçisi sifariş verirsən, o da sənə ..."


Şou-biznes 14 Dek 2021 14:46:00 362 0

"Seks işçisi sifariş verirsən, o da sənə ..."

Son.az aktyor, rejissor və ssenarist Taleh Yüzbəyovun lent.az-a müsahibəsini təqdim edir 

- Küçədə rahat gəzə bilirsiniz? Təzə məşhurlaşmağa başladığınız dövrdə bu sualı sizə vermişdim. Demişdiniz ki, buna cavab vermək üçün hələ tezdir.

- (Gülür) Rahatlığımı o qədər itirməmişəm, açığı. Məşhurluğun gətirdiyi müəyyən məhdudiyyətlər var, amma mən əvvəlki kimi rahatam. İstədiyim yerə gedirəm, istədiyim yerə gəlirəm və istədiyim yerdə də yıxıla bilirəm. Ümumiyyətlə, mən ulduz deyiləm ki, insanlar küçədə üstümə axın etsin. İlk dövrlərdə olurdu ki, küçədə görəndə tanıyırdılar, salam verirdilər. Amma ilk dəfə bunu bir filmin premyerasında hiss elədim. Deməli, həmin premyerada gördüm ki, mənim ancaq televiziyada gördüyüm adamlar belə məni tanıyır, şəkil çəkdirir.

İlk dəfə onda dedim ki, Taleh, sən nə etmisən?

- Amma siz bu videolardan öncə də aktyor idiniz. Bu məşhurluq sizin üçün belə qeyri-adi olmamalı idi.

- Hə, aktyor işində belə şey var ki, ki sən məşhurlaşmağa məhkumsan, bu, sənin işinin bir parçasıdır. Amma gözləmədiyin anda, ya da gözləmədiyin səviyyədə olanda adam bir az təəccüblənir. Düzü, mən hələ uzun illər öncə "Tarqovu" küçəsi ilə gedəndə deyirdim ki, "Vaxt gələcək, mən buraya məşhur adam kimi ayaq basacam".

- Gülmürdülər sizə belə deyəndə?

- Yox, öz-özümə deyirdim (Gülür). Məşhurluq əlbəttə, yaxşı bir şeydir.

- Amma tanıyanların hamısı da sevmir ki. Sevməyənlər də var.

- Sosial şəbəkələrdən fərqli real həyatda insanlar nifrəti o qədər də göstərmir. Düzdür, sən kiminləsə görüşəndə hiss edirsən ki, bu insan səni sevir, ya yox. İstənilən halda sosial şəbəkələrdə insanlar daha rahat söyə bilir.

- Məsələn, bir vaxt feministlər sizi "seks işçisi" sözünə olan münasibətinizə görə, tənqid edirdilər. Sizin üçün nə fərqi, seks işçisi, ya fahişə?

- Mənim üçün seks işçisi süni bir deyimdir. Gördüyün işin mahiyyəti dəyişmirsə, onu necə adlandırmağının fərqi yoxdur. Xurma xurmadır. Sən ona nə desən də, o xurmadır, pişik pişikdir. Baxır, sözü nə məqsədlə istifadə edirsən. Sən fahişəni söyüş kimi istifadə edirsənsə, vaxt gələcək seks işçisini də söyüş kimi istifadə edəcəksən. Ümumiyyətlə, mənim seks işçisi deyəndə gözümün qarşısına tamam başqa bir şey gəlir. Seks işçisini "application"dan sifariş verirsən, orda onun saçının rəngini seçirsən. Ona görə vergi ödəyirsən, o sənə bu mövzuyla bağlı məsləhət verir. Yəni mən seks işçisi deyəndə bunu başa düşürəm. Məncə, bu, qəsdən nəyisə hörmətə mindirməkdir. Adı dəyişməklə mahiyyət dəyişmir. Mənim orda demək istədiyim bir söz vardı. Qarşındakını heç kim heç kimi alçalda bilməz. Necə ki, Adil Rənanı gördüyü işə görə alçaltmaq istəyirdi, ancaq Rəna ona elə cavab verdi ki, Adil üzr istədi.

- Təhminənin bir vaxt dediyi "əsl kişi fahişəni məlakəyə çevirəndir" fikrinə, 30 il sonra "onu ərə getmək istəyən fahişələr uydurub" cavabı gəldi. Niyə?

- Çünki o söz həmişə mənə gülməli gəlib. Elə bil ki, sən kişinin boynuna qoyursan ki, mütləq fahişəni məlakə eləməlisən. Mənim ona da iradım yoxdur ki, kimsə fahişə həyatı sürən qadınla evlənir. Onun özəlidir, bu iki insan arasında baş verən bir şeydir. Bizim onun həyatına qarışmağa haqqımız yoxdur.

- Onda niyə Təhminəni "neprav" çıxarmaq istəyirdiniz ki?

- Çünki o söz mənə çox pafoslu gəlirdi. Ona görə də "Zəhər tuluğunda" ona belə bir cavab verdik.

- Bu cavabdan narazı qalanlar vardı..

- Olsun. Hamını həmişə qane etmək olmur. Mən özümü heç bir kəsimə aid etmirəm. İndi buyam, bunu müdafiə edirəm. Bir il sonra necə olacaq bilmirəm. Mən hələ də özümü tam yoğurulmuş, hər şeyi bilən adam kimi hiss etmirəm.

- Bu ay 33 yaşınız tamam oldu. İsanın öldüyü yaşdasınız. O yaşda ki o, artıq peyğəmbər idi. Bu sözü demək gec deyil?

- Məhəmməd peyğəmbərdə bu yaş 40 idi...

- Mən sizin kimlərdən olduğunuzu, hara xitab etdiyinizi hələ anlaya bilməmişəm.

- Özünü mövqeləndirən adamlar mənim xoşuma gəlmir. Onlarda kommunist düşüncəsi var. Ya bizləsən, ya bizdən deyilsən. Məncə, həyat ancaq, ağ-qara deyil. O qədər rəng var... Ola bilməz ki, bir ideologiya tamamilə doğru, ya da yanlış olsun. Hər şeyin içində həm haqq, həm də nahaq ola bilər. Bir dəfə iki ayrı məzhəbə məxsus iki insanın debatına baxırdım. Bir dəfə bu onu səhv çıxardı, sonra bu onu. Axırda biri qayıtdı ki, yaxşı 1:1 oldu. Dedim "ala, siz futbol oynayırsınız. Sən haqdan danışırsan e".

- Dindarsınız?

- Dindar deyiləm, ancaq Allahsız da deyiləm.

-  "Zəhər tuluğu"nun bir bölümündə Günel Mövluda atmaca olduğunu deyirlər. Günellə nə işiniz?

- Günellə mənim heç vaxt problemim olmayıb. İnanın, nə olubsa da mən unutmuşam. Sadəcə, onun yazılarından belə görünür ki, sanki hər şeydə atasını günahkar bilir. Onun haqq, yoxsa nahaq olduğunu demək, mənə düşməyib. Amma mənə elə gəlir ki, Günel bir az şişirdir. Ola bilər, kiməsə atmaca olub. Ancaq onunla bağlı belə bir şey yadıma gəlmir.

- Sizə elə gəlmir ki, elə Rasim kimi Taleh də orta statistik biri ola bilər? Bu da sizi geriyə aparar? Axı, dünyaya çıxmaq üçün bəşəri düşünməyi də bacarmaq tələb olunur.

- "O şey ümumbəşəridir ki, o şey millidir." Müəllifin adını dəqiq xatırlamıram, təəssüf ki. İnsanlar bəzən elə bilir ki, biz millilikdən danışanda, ancaq özümüzlə oynayırıq. Halbuki "parazit" kinosu elə koreyalıların həyatındandır. Sən milli mövzulardan danışıb, bəşəri problemlərə toxuna bilərsən. İllərdir Azərbaycan kinosunun ən böyük problemlərindən biri ondadır ki, biz məhz Azərbaycan kinosu çəkə bilmirdik. Gah türk kinosu, gah rus, gah İran kinosu çəkirdik. Öz danışıq dilimiz, öz məişətimiz filmdə yox idi. Problem bizim özümüzdən qaçmaq istəyimizdir. Mən azərbaycanlıyam, mənə Azərbaycan daha maraqlıdır. İran kinoları ona görə dünyaya maraqlıdır ki, İranı göstərir. Mən heç vaxt ingilis kimi ingilis kinosu çəkə bilməyəcəm. Mən ingilisdən yaxşı ingilis ola bilməyəcəm. Biz yeddidə durub xaş yeyən adamlarıq, biz buyuq, biz bundan utanmamalı, özümüzü olduğumuz kimi qəbul etməliyik. Təbii ki pis olan nələrisə yaxşılığa doğru dəyişmək lazımdır, istənilən halda özümüzdən qaçmamalıyıq.

- Bəlkə Rasim sizin məşhurluğunuzdan əvvəlki adamdır? Bunu heç düşünmüsünüz?