Baltik dənizində toqquşan iki yük gəmisindən biri batıb


Dünya 13 Dek 2021 23:00:00 141 0

Baltik dənizində toqquşan iki yük gəmisindən biri batıb

Baltik dənizində iki yük gəmisinin toqquşması nəticəsində gəmilərdən biri batmağa başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Danimarkanın Bornholm adası ilə İsveçin Ystad şəhəri arasında hərəkət edən iki yük gəmisi toqquşub. Toqquşma nəticəsində gəmilərdən biri çevrilərək batmağa başlayıb.

Verilən məlumatlara əsasən, gəmilərdən biri Danimarkada, digəri isə Britaniyada qeydiyyatdadır. Onlardan birinin uzunluğu 90 metr, digəri isə 55 metrdir. Gəmilərin adları hələlik açıqlanmayıb.

Batmağa başlayan Danimarka gəmisinin göyərtəsində ən azı iki nəfərin olduğu təxmin edilir. Bu səbəbdən hadisə yerində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

İsveç Sahil Mühafizəsinin mətbuata açıqlamasında bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.