Qonaq gedən gənc qətlə yetirildi


Kriminal 13 Dek 2021 23:05:00 213 0

Qonaq gedən gənc qətlə yetirildi

Sabirabaddan Ağsuya gələn qonaq qətlə yetirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Ağsunun Padarqışlaq kəndində qeydə alınıb. Belə ki, Sabirabad rayonunun Balvar kənd sakini 29 yaşlı Dərgahlı Məmmədkərim Kərim oğlu Padarqışlaq kəndinə qonaq gəlib. Bu zaman qonaqla qohumlar arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə zəminində Sabirabad sakini Dərgahlı Məmmədkərim bir neçə bıçaq xəsarəti alıb. Ətrafdakıların köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Dərgahlı Məmmədkərim xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.