SSRİnin məşhur müalicəvi pəhrizi STOL N8


Digərləri 13 Dek 2021 22:35:00 146 0

SSRİnin məşhur müalicəvi pəhrizi  STOL N8

SSRİ dövründə həkimlər hər qrup xəstəliyə uyğun dərmanla yanaşı pəhrizlər, qidalanma qadağaları yazardılar. Bu standart tələb idi. Çünki müalicənin yarısı xəstənin nə yeməsindən asılıdır.

İndiki kimi xəstəyə bir aptek dərman yazıb yola salınmırdı. Əgər xəstə qidasını dəyişmirsə, xəstəliyinə uyğun pəhriz saxlamırsa, o dərmanlar boşuna qəbul edilir.

Son.az SSRİ dövründə nömrələnən Stol pəhrizlərindən ən məşhuru 8 nömrəli dietanı təqdim edir.

STOL N8 piyləmmə, insulin dirənci, şəkərli diabetə meyili və təzyiq xəstələrinə təyin edilir. Maddələr mübadiləsini tənzimləyir.

Əsas qaydalar:

- Gündəlik kalori qəbulu mütləq 2000 kalori olmalıdır - Əsas rasion zülaldır - ət, ət məhsulları, yumurta, paxlalılar - Ət yağsız olmalıdır - Un məmulatlarından gündə 2 dilim kəpəkli çörək yeyilə bilər. Qalan çörək, un, şirniyyat qadağandır. - İstnilən qidaya çoxlu duz, ədviyyat, sous əlavə olunmamalıdır - Salatlar yağda hazırlammalı - Hər porsiya yeməyin 50%i tərəvəz olmalıdır - Qızartma, hisə verilmiş, nişastalı, qurudulmuş qidalar və fast food tamam çıxarılır - Şəkərli məmulatlar çox az və təbii olmalıdır

Bu dietada siz istənilən vaxt, istənilən miqdar yemək yeyə bilərsiz. Yetər ki, sutkalıq 2000 kalorini keçməyəsiz. Bu dieta ilə insan arıqlayır, iltihab azalır, maddələr mübadiləsi aktivləşir, şəkərli diabet və təzyiqin qarşısı alına bilir. /medicina.az