Çində "omikron" ştamına ilk yoluxma aşkarlanıb


Dünya 13 Dek 2021 22:40:00 188 0

Çində "omikron" ştamına ilk yoluxma aşkarlanıb

Çinin materik hissəsində COVID-19 virusunun "omikron" ştamına ilk yoluxma qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xaricdən Tiencin şəhərinə gələn sərnişinlərdən birinin koronavirusun "omikron" ştamına yoluxması aşkarlanıb. Bildirilir ki, həmin şəxsdə xəstəlik əlamətləri olmasa da, analizlər nəticəsində onun "omikron"a yoluxduğu məlum olub. Hazırda o, təcrid olunaraq, tibbi nəzarətə götürülüb.

Qeyd edək ki, COVID-19 virusunun daha yoluxucu olduğu güman edilən "omikron" ştamına indiyədək 60-dan çox ölkədə yoluxma aşkarlanıb, Böyük Britaniyada bu ştamdan ölüm halı qeydə alınıb.