Səhiyyə naziri: İranda ölüm hallarının azalmasının əsas səbəbi...


Dünya 13 Dek 2021 22:20:00 129 0

Səhiyyə naziri: İranda ölüm hallarının azalmasının əsas səbəbi...

İranda əhalinin 74 faizinə peyvəndin hər iki dozası vurulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın səhiyyə naziri Bəhrəm Enullahi məlumat verib. O bildirib ki, İranda "buster" dozanı vurduranların sayı 2 milyondur. İranın istehsal etdiyi "Barakat Cov İran" peyvəndi ilə yanaşı xaricdən də peyvənd idxal olunub və ölkənin tələbatı tamamilə ödənilib. Onun fikrincə İranda koronavirus infeksiyasının yayılması və ölüm hallarının azalmasının əsas səbəbi əhalinin çox hissəsinin peyvəndlənməsidir

Nazir qeyd edib ki, İran regionda yeganə dövlətdir ki, COVID-19-a qarşı peyvənd istehsal edir. Artıq İran istehsalı olan peyvəndə sifariş də daxil olub. Yaxın zamanda İran peyvənd ixrac edəcək.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən isə son 24 saat ərzində ölkə ərazisində 2 min 796 nəfər virusa yoluxub, 42 nəfər isə bu xəstəlikdən ölüb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 6 milyon 157 min 519 nəfər, ölənlərin ümumi sayı isə 130 min 764-ə çatıb.

Müxtəlif xəstəxanalarda COVID-19 diaqnozu ilə müalicə alan xəstələrdən 3 min 69-nun vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, müalicə alan 5 milyon 975 min 404 xəstə sağalaraq evə buraxılıb.

Nazirliyin açıqlamasına görə hələlik İranda koronavirusun "omikron" növü aşkar edilməyib.