Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş akvarel vorkşopu Xətai Sənət Mərkəzində baş tutdu FOTOlar


Kriminal 13 Dek 2021 16:46:00 302 0

Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş akvarel vorkşopu Xətai Sənət Mərkəzində baş tutdu  FOTOlar

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi, IWS Azerbaijan və IWS Khatai Art Centerin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş akvarel vorkşopu Xətai Sənət Mərkəzində baş tutdu.

Tədbir akvarel sənətinin ölkəmizdə yayılması rəssamların yaradıcı ünsiyyəti, təcrübə, bilik mübadiləsi, texnika incəliklərinin bir biri ilə bölüşmələri məqsədi ilə keçirilir.

Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq, tədbir iştirakçılarını salamladı. Söz alan Sənətşünaslıq üzrə Fəlsəfə doktoru sənətşünas Ziyadxan Əliyev incəsənətdə akvarelin məramından və əhəmiyyətindən danışdı. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Nəzakət Əhmədova və Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəlinin həmsədri Səbinə İskəndər çıxış etdi.

Tədbir 20-yə qədər həvəskar və peşəkar sulu boyaçı rəssamın rəsm çəkməyi və  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakultəsinin Geyim dizaynı ixtisasının 4-cü kurs tələbələrinin Nizami Gəncəvinin "Yeddi gözəl" əsərinə həsr edilmiş geyim nümunələri nümayişi ilə yadda qaldı.

Vorkşopda iştirak edən rəssamlar isə Dahi şairimiz Nizami Gəncəvini portretini, "Yeddi gozəlimizi" və dövrə aid olan müxtəlif əşyaları təsvir etdilər.

Nəzərinizə çatdıraq ki,Vorkşopda 18 yaşından yuxarı rəssamlar tədbirə əvvəlcədən qeydiyyat yolu ilə qatılmışdılar.

Tədbirdə həmçinin akvarel sevərlər və ADMİU Rəssamlıq fakultəsinin  müəllim və tələbə heyyəti tamaşaçı kimi iştirak etdilər.

Ümumiyyətlə, vorkşop sözü hər hansı sənətdə praktiki vərdişlərlə                bölüşmək məqsədilə iş prosesini geniş auditoriya üçün nümayiş etdirmək mənasını xarakterizə edir.

İnformasiya dəsrəyi - Trend.az, Day.az, Son.az