Bakıda "BMW"lər toqquşdu Xəsarət alanlar var FOTO


Digərləri 13 Dek 2021 16:24:00 148 0

Bakıda "BMW"lər toqquşdu  Xəsarət alanlar var  FOTO

Bakıda ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Səbail rayonunda, Dağüstü park yolunda qeydə alınıb.

BMW markalı avtomobillər toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə ərazi üzrə rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya faktı təsdiqləyib və bildirib ki, qeyd olunan yolda hərəkətin təmin olunması üçün lazımı tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.