“Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb SƏRƏNCAM


Siyasət 13 Dek 2021 14:28:00 138 0

“Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb  SƏRƏNCAM

Prezident İlham Əliyev "Qarabağ" futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Qarabağ" futbol klubuna 5 milyon manat ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.