"3+3" formatı region ölkələri arasında qarşılıqlı münasibətlərə müsbət yanaşma əlavə etməlidir Rusiya səfiri


Siyasət 13 Dek 2021 13:57:00 206 0

"3+3" formatı region ölkələri arasında qarşılıqlı münasibətlərə müsbət yanaşma əlavə etməlidir  Rusiya səfiri

"3+3" formatı region ölkələri arasında qarşılıqlı münasibətlərə müsbət yanaşma əlavə etməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

"Biz bu formatın əlavə dəyərini bütün region ölkələrini maraqlandıran məsələlər üzrə fikir mübadiləsində, dialoq imkanında görürük. Başqa sözlə, bu format onlar arasında qarşılıqlı münasibətlərə müsbət yanaşma əlavə etməlidir", - deyə səfir bildirib.

Qeyd edək ki, dekabrın 10-da Moskvada Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən "3+3" formatında regional əməkdaşlıq platformasının baş nazir müavinləri səviyyəsində ilk iclası keçirilib.