Türkiyənin KMG556 pulemyotu kütləvi istehsala hazırdır


Dünya 13 Dek 2021 08:02:00 159 0

Türkiyənin KMG556 pulemyotu kütləvi istehsala hazırdır

Türkiyənin KMG556 pulemyotu sınaqlardan keçib və kütləvi istehsala hazırdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu yerli KİV-lərə istehsalçı "KaleKalıp" şirkətinin strateji əlaqələr şöbəsinin rəhbəri Hakan Akkoç deyib.

Onun sözlərinə görə, silah üzərində iş və sınaqlar iki il müddətində davam edib. Kütləvi istehsaladək pulemyot 34 sınaqdan keçib.

Pulemyotun çəkisi 7,8 kiloqramdır və 5,56 mm çaplı patronlar istifadə etməklə atəş tezliyi dəqiqədə 750-950 patron təşkil edir. Silahın bütün komplekt hissələri Türkiyədə istehsal olunur.