Almaniya kansleri: "25 ildən sonra..."


Dünya 13 Dek 2021 08:12:00 191 0

Almaniya kansleri: "25 ildən sonra..."

Almaniyanın yeni kansleri Olaf Şolz bildirib ki, ölkə iqtisadiyyatın dekarbonizasiyasına keçidi davam etdirdiyi üçün qaz idxalı Almaniya üçün əhəmiyyətini itirir.

Son.az Trend-ə istinadən bildirir ki, Almaniyanən hökumət başçısı ölkənin 2045- ci ilədək tam olaraq qaz, neft və kömürdən imtina etməyi planlaşdırdığını qeyd edib.

"Yəni 25 ildən sonra dünyada vəziyyət elə olacaq ki, Almaniyaya, Avropaya qaz nəqli məsələsi fərqli rol oynayacaq", - deyə Şolz vurğulayıb.

O əlavə edib ki, Almaniya Ukraynanın gələcəkdə də Rusiya təbii qazını nəql etməsinə sadiq qalmağa davam edir, çünki bu resurs hazırda enerji keçidi üçün vacibdir. O, Almaniya və ABŞ-ın Ukraynanın enerji transformasiyasını dəstəklədiyini qeyd edib.