Kentukki ştatında qasırğa nəticəsində 100dən çox insan həyatını itirib


Dünya 13 Dek 2021 08:22:00 115 0

Kentukki ştatında qasırğa nəticəsində 100dən çox insan həyatını itirib

ABŞ-ın Kentukki ştatının qubernatoru Endi Beşir yerli CBS telekanalının efirində ölkə tarixindəki ən dağıdıcı qasırğanın nəticələrindən danışıb.

Son.az Trend-ə istinadən bildirir ki, qubernator azı 80 nəfərin öldüyünü, lakin bu rəqəmin artacağını bildirib.

"Fəlakət nəticəsində bütöv şəhərlər yerlə-yeksan olub", - deyə o bildirib.

Mayfild şəhərində 100-dən çox insanın olduğu şam fabrikinin damı uçub. Qubernator bildirib ki, xilasedicilər artıq bir neçə gündür dağıntılar altında sağ qalanları tapa bilmir.