Ekvadorda avtobus qəzaya uğrayıb: 18 ölü


Dünya 13 Dek 2021 07:00:00 131 0

Ekvadorda avtobus qəzaya uğrayıb: 18 ölü

Ekvadorun cənubunda Morona Santyaqo əyalətinin Sukua kantonunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb, 25 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı yerli qurumlar yayıb.

Bildirilir ki, şənbə günü gecə radələrində Huambi yaşayış məntəqəsində Macas-Loja marşrutu üzrə hərəkət edən avtobus hərəkət zolağından çıxaraq aşıb. Azyaşlı və böyüklərin də olduğu 25 yaralının müxtəlif yerli xəstəxanalara aparıldığı qeyd olunur.

Hadisə yerinə müvafiq xidmətlərin qüvvələri, o cümlədən xilasedicilər, təcili tibbi yardım cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.