Bakıda ağır yol qəzası baş verib, xəsarət alanlar var FOTO


Digərləri 13 Dek 2021 07:11:00 132 0

Bakıda ağır yol qəzası baş verib, xəsarət alanlar var  FOTO

Bakının Xətai rayonunda iki avtomobil toqquşub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə 8 noyabr prospektində qeydə alınıb.

Belə ki, "Toyota" markalı minik avtomobili işıqforun qırmızı işığından keçərək Asif Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobilə çırpılıb. Daha sonra "Toyota" bir neçə dəfə dövrə vuraraq işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində "Hyundai"ın sürücüsü A.Məmmədov və qəzaya səbəb olan avtomobilin sürücüsü, iki sərnişin - 2001-ci il təvəllüdlü Rəsul Mehdiyev və 1994-cü il təvəllüdlü Məhəmməd Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. R.Mehdiyevin vəziyyətinin nisbətən ağır olduğu bildirilir.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, qəzaya səbəb "Toyota"nın sürücüsü olub: "O, işıqforun qırmızı işığından keçib".