Daha bir ölkənin prezidenti koronavirusa yoluxub
Dünya 13 Dek 2021 07:26:00 150 0
Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosanın COVID-19 testi müsbət çıxıb.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı CAR dövlət başçısının dəftərxanası yayıb.
"Prezident Siril Ramafosa COVID-19-un yüngül simptomlarına görə müalicə alır. 12 dekabr 2021-ci ildə onun koronavirus infeksiyası üçün testi müsbət çıxıb", deyə məlumatda bildirilir.
COVID-19-a qarşı tam peyvənd olunmuş Ramafosa Keyptaunda özünü təcrid edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident David Mabuza icra edəcək.
Mənbə: milli.az