Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəqli strateji addımdır İranlı rəsmi


Digərləri 13 Dek 2021 00:47:00 126 0

Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəqli strateji addımdır  İranlı rəsmi

Türkmənistan qazının İran vasitəsilə Azərbaycana mübadiləsinə dair müqavilə mühüm və strateji addımdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Avstriyadakı Vyana Enerji Tədqiqat Qrupunun rəhbəri, İran Enerji İqtisadçıları Assosiasiyasının prezidenti Fereydun Berkeşli Shana Xəbər Agentliyinə deyib.

Onun sözlərinə görə, müqavilə həyata keçirib davam etdirilərsə, bu, regionda qaz diplomatiyası üçün yol xəritəsi yarada bilər.

Berkeşli onu da əlavə edib ki, Azərbaycan, Türkmənistan və İran arasında qaz dəhlizi uzun illər fəaliyyət göstərə bilər. Bu, İranın üçtərəfli enerji layihəsində ilk iştirakıdır.

"Hazırda Türkmənistan və Azərbaycan qazının Türkiyəyə, oradan da Avropaya nəqli layihəsi hazırlanır. Bundan əlavə, "Enerji İpək Yolu" adlandırılan TANAP qaz layihəsi çərçivəsində 1850 kilometrlik boru kəməri ilə ildə 12 milyard kubmetr qaz nəql olunacaq", - deyə Berkeşli vurğulayıb.