Aritmiya insanı öldürürmü? Hansı hallarda müalicə etmək lazımdır


Digərləri 12 Dek 2021 23:23:00 163 0

Aritmiya insanı öldürürmü?  Hansı hallarda müalicə etmək lazımdır

Aritmiya ürək ritminin pozulmasıdır. Xəstələrdə ürək vurğusu 120-ni keçir. Həkimlərin sözlərinə görə, özlüyündə aritmiya xəstəni öldürmür, amma onun həyatına çox mane olur, vaxtından əvvəl ölüm riski yaradır.

Aritmiya əksər hallarda xoşdavranışlı olur.

Son.az xəbər verir ki, rusiyalı kardioloq Kira Pisarevskaya hansı halda aritmiyanın müalicə edilməli olduğunu açıqlayıb.

"Aritmiologiya - kardiologiyada ən mürəkkəb, mübahisəli sahədir. Hələ ki, ekspertlərin yekdil filri yoxdur. Bu xəstəlikdir, xoş pozuntudur, müasir reallıqdır, ürəyin normasıdır?

Aritmiya demək olar, bütün ürək-damar problemlərimdə meydana çıxıb, birinci ilk ürək diaqnozu ola bilər.

Aritmiyada ürəkdə hansı dəyişikliklər olur:

- Ürək döyünməsinin tezliyi artır - ürək çox və ya asta döyünür - Ritmin özü pozulur, ritmik vurğu olmur - AB düyünü impulsu mənbəyi- impulsun davranışı dəyişir - Mədəciklər arası əlaqənin pozulması

Aritmiyanın müalicəsi çox ehtiyatla, xəstəyə uyğun seçilməlidir. Çünki hər aritmiyanı müalicə etmək lazlm gəlmir.