Hava limanında daşınma zamanı 2 şir qəfəsindən çıxıb


Dünya 12 Dek 2021 23:39:00 159 0

Hava limanında daşınma zamanı 2 şir qəfəsindən çıxıb

Sinqapurun "Çanqi" hava limanında yüklərin daşınması zamanı 2 şir qəfəslərindən çıxıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "The Straits Times" Sinqapur Hava Yollarının nümayəndəsinə istinadən məlumat yayıb.

Dərhal əraziyə baytar həkimlər və mütəxəssislər cəlb olunub. Hadisə yerinə gələn baytarlar heyvanlara yuxu dərmanı vurublar. Bundan sonra şirləri yerli "Mandai Wildlife Group" şirkətinin filialına aparıblar.

Sinqapur Hava Yolları cəmi 7 şirin daşındığını bildirsə də, onların hansı ünvana çatdırılacağının dəqiqləşdirilmədiyini bildirib.