Davamlı öskürək varsa... Kişilərin nəzərinə


Digərləri 12 Dek 2021 23:50:00 165 0

Davamlı öskürək varsa...  Kişilərin nəzərinə

Bədxassəli şişlər ağciyərin müxtəlif nahiyələrində yarana, həmçinin digər orqanlarda xərçəngin inkişafı nəticəsində metastaz şəklində "tənəffüs mərkəzinə" yayıla bilər.

Son.az bildirir ki, adətən, ilkin mərhələdə xəstəlik gizli qalır və onun əlamətləri görünmür.

Belə hallarda diqqətli olmaq vacibdir. Çünki şişin erkən aşkarlanması xəstəlikdən xilas olma şansını xeyli artırır.

"Cancer Reasearch UK" təşkilatından öskürəyin ağciyər xərçənginin ən çox görülən simptomu olduğu bildirilib.

Qurumun ekspertlərinin sözlərinə görə, davamlı, ağrılı və qanlı bəlğəmlə müşahidə olunan öskürək ağır xəstəliyin əlaməti ola bilər.