Kadir İnanır evə buraxıldı FOTO


Digərləri 12 Dek 2021 23:29:00 124 0

Kadir İnanır evə buraxıldı  FOTO

Beyindaxili qanaxma diaqnozu ilə əməliyyat olunan Türkiyənin məşhur aktyoru Kadir İnanır 22 günlük müalicədən sonra evə buraxılıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, noyabrın 20-də Muğlada qəflətən halı pisləşən aktyorun beyin damarında laxtalanma müşahidə olunduqdan sonra reanimasiyaya yerləşdirilmişdi. Bir müddət sonra palataya köçürülən İnanır beyindaxili qanaxma səbəbindən təcili əməliyyat olunmuşdu. 

Bu gün evə buraxılan aktyor pandemiya səbəbindən açıqlama verməyərək xəstəxana binasının arxa qapısından çıxarılıb.