Polşa Avropa İttifaqını hədələyib


Dünya 12 Dek 2021 19:39:00 210 0

Polşa Avropa İttifaqını hədələyib

Polşanın ədliyyə naziri Zbiqnev Zebro bildirib ki, əgər Brüssel subsidiyaları azaldarsa, respublikanın Avropa İttifaqının büdcəsinə ödənişi dayandıracağı istisna deyil.

Son.az APA-ya istinadən xəbər verir ki, nazir bu barədə "Financial Times"-a bildirib.

Zbiqnev Zebro bu barədə belə deyir:

"Polşa yekdil qərar tələb edən bütün məsələlərdə Aİ-nin şantajına veto ilə cavab verməlidir. Mübahisə davam edərsə, təşkilatın büdcəsinə ödənişlərin dayandırılmasını tələb edəcəm".

Ədliyyə Nazirliyinin rəhbəri həmçinin ölkənin iqlim və enerji proqramlarında iştirakına yenidən baxılmasını təklif edib.